AZ

Luis Dias Bavariya ilə razılıq əldə etdi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul"un futbolçusu Luis Dias karyerasını Almaniya nəhəngi "Bavariya"da davam etdirəcək.

Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl konkret təkliflə oyunçunun nümayəndələri ilə görüşüb.

"Liverpul"la müqaviləsi 2027-ci ilin yayına kimi olan Luis Dias "Bavariya"nın təklifini qəbul edib.

Qeyd edək ki, o, Premyer Liqada 103 oyunda 29 qol vurub, 13 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
oxu.az

10Mənbələr