“İnter Mayami” Avropadan daha bir ulduz futbolçunu heyətinə qatmağa yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, MLS təmsilçisi bu dəfə “Atletiko”nun yarımmüdafiəçisi Rodriqo de Paulu transfer etməyi planlaşdırır.
Tərəflər arasında ilkin təmaslar artıq baş tutub. Bu danışıqlar argentinalı futbolçunun transfer imkanlarını dəyərləndirmək məqsədi daşıyır.
De Paulun “Atletiko” ilə müqavilənin uzadılması ilə bağlı apardığı danışıqlar dalana dirənib və razılıq əldə olunması hazırda real görünmür.
Madrid klubu futbolçunu bu yay satmaq niyyətindədir. Əks halda, gələn yay müqavilə müddətinin başa çatması ilə onun klubu pulsuz tərk etməsi qaçılmaz olacaq. Rodrigo de Paulun “Atletiko” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.