AZ

"Araz-Naxçıvan"ın planı dəyişdi, Superliqanın daha bir klubu ilə qarşılaşacaq

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün daha bir oyun keçirəcək.

“Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.

Qeyd edək ki, Elmar Baxşıyevin komandası toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.

saytlarin hazirlanmasi

Seçilən
16
13
sportal.az

10Mənbələr