2025-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb.
Valyuta.az xəbər verir ki, orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095,0 manat təşkil edib.
Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3928,0 manat, qeyri neft-qaz sektorunda 1042,2 manat təşkil olub.
Eyni zamanda, Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051,4 manat, özəl müəssisələrdə isə 1139,5 manat olub.
Sərvanə Rəmixanova