AZ

Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29642,0 milyon manatlıq, o cümlədən 16262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

2025-ci ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.

Seçilən
10
4
vergiler.az

10Mənbələr