Bakı. Trend:
2025-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdlaçalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiqdövrünə nisbətən 9,1 faiz artaraq 1095,0 manat təşkil edib.
Trend xəbərverir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ciilin yanvar-iyun ayında ölkənin iqtisadi və sosial inkişafınınmakroiqtisadi göstəricilərində öz əksini tapıb.
Əməkhaqqı neft-qaz sektorunda 3928,0 manat, qeyri neft-qazsektorunda 1042,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışanişçilərin əməkhaqları 1051,4 manat, özəl müəssisələrdə isə 1139,5manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti,informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə dənəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominaləməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.