AZ

Pərakəndə ticarət 2025-ci ilin ilk yarısında 3,8% artdı

Finss.az - Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 29 642 milyon manatlıq məhsul satılıb.

Onlardan 16 262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 379,8 milyon manatlıq isə qeyri-ərzaq malları təşkil edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,5 faiz, qeyri-ərzaq malları üzrə isə 6,7 faiz təşkil edib.

2025-ci ilin ilk yarısında hər bir Azərbaycan vətəndaşı orta hesabla ayda 482,8 manatlıq pərakəndə ticarət məhsulu alıb. Bunun 264,9 manatı ərzaq məhsulları və tütün məmulatlarına, 217,9 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.

Seçilən
22
4
fins.az

10Mənbələr