AZ

“Milli İrs və Hibrid Təsir” layihəsi çərçivəsində ikinci təlim keçirildi – FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Milli İrs və Hibrid Təsir” layihəsinin ikinci təlim tədbiri uğurla baş tutub.

Bakues.az xəbər verir ki, tədbirin açılışında layihə rəhbəri, ictimai birliyin sədri İbrahim İbrahimli çıxış edərək layihənin məqsədləri, hədəf auditoriyası və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, milli-mənəvi dəyərlərin qorunması, gənclərin maarifləndirilməsi və hibrid təhdidlərə qarşı cəmiyyətin dayanıqlığının artırılmasının layihənin əsas istiqamətləri olduğunu qeyd edib.

Tədbirdə Milli Məclisin deputatı Naqif Həmzəyev də iştirak edib. Millət vəkili layihənin aktuallığını yüksək qiymətləndirərək, milli-mənəvi dəyərlərin təbliği və informasiya təhlükəsizliyinin təminində ictimai təşəbbüslərin rolunu vurğulayıb. O, gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.

Daha sonra layihənin xüsusi qonağı, karyera mütəxəssisi Orxan Mahmudov “Hibrid Müharibənin Cəmiyyətə və Karyera İnkişafına Təsiri” mövzusunda təqdimatla çıxış edib. Təlim zamanı iştirakçılara hibrid təsirlərin fərdi inkişaf və peşəkar həyat üzərindəki təsirləri, psixoloji və informasiya təhlükələrinə qarşı dayanıqlı olmaq yolları barədə faydalı məlumatlar təqdim olunub.

Tədbirdə nəzəri biliklərlə yanaşı, praktiki nümunələr və real situasiyalar da iştirakçılarla paylaşılıb. Diskussiya və sual-cavab formatında davam edən təlim gənclərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradıb.

Təlim iştirakçıları tədbirin həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıdığını bildirərək, layihənin davamlılığını yüksək qiymətləndirdiklərini və əldə etdikləri biliklərin gələcək fəaliyyətlərində faydalı olacağını ifadə ediblər.

Seçilən
8
3
icma.az

10Mənbələr