AZ

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO


İyul ayının 3-də Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının məsul əməkdaşı Elşad Quliyev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Konfransda Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq rayonda böyük nüfuz və hörmətə malik olan ağsaqqalların xidmətlərindən söz açıb. Ağsaqqalların Xətai rayonunun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların qiymətli məsləhətlərinə və öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından bəhs edib. Konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq qeyd edib ki, hər zaman aktiv fəaliyyətləri ilə seçilən Xətai ağsaqqalları ilə növbəti dəfə görüşdüyü üçün çox məmnundur. Sonra natiq müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı unudulmaz tarixi Qələbədən, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, orada həyata keçirilən böyük tikinti-quruculuq işlərindən,keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışından ətraflı bəhs edib. Bildirib ki, bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır, gündən-günə qüdrətlənir. Bu yüksəlişi gözü götürməyən antiazərbaycan qüvvələr isə bizə qarşı müxtəlif istiqamətlərdə məkrli siyasət yürüdürlər. Bu səbəbdən ağsaqqallar daim dövlətimizi və aparılan uğurlu siyasəti var qüvvələri ilə dəstəkləməlidirlər. Sonra Əhliman müəllim cəmiyyətimizdəki bəzi problemlərdən də danışıb.Boşanma hallarınınartmasından, erkən nikahlardan, bioloji qohumluğu olan şəxslər arasındakı evliliklər nəticəsində xəstə uşaqların dünyaya gəlməsindən və narkomaniyaya aludəçiliyin genişlənməsindən söz açan natiqvurğulayıb ki, cəmiyyətimizdə mövcud olan bu problemlərə qarşı hər bir vətəndaş, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalıdırlar. Akademik Əhliman Əmiraslanov dövlətimizin uğurlu daxili və xarici siyasətini dəstəklədiklərinə, gənclər arasında maarifləndirmə işinə görə Xətai rayonu ağsaqqallarına təşəkkürünü bildirib.

Sonra Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov təşkilatın hesabat dövrü ərzində həyata keçirdiyi fəaliyyət haqqında çıxış edib. Bildirib ki, ağsaqqallar hesabat dövrü ərzində ölkəmizin, o cümlədən də rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, Vətənimizin sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyətimizdə müxtəlif məsələlərin həllinə öz töhfələrini veriblər. Orta ümumtəhsil məktəblərində və digər təhsil ocaqlarında gənclərləgörüşlər keçiriblər, maarifləndirici işlər aparıblar. Tədbirdə çıxış edən digər natiqlər də təşkilatın geniş fəaliyyətindən bəhs ediblər. Həmçinin cəmiyyətimizdə mövcud olan çatışmazlıqlara qarşı daha ciddi işlərin görülməsinin vacibliyini vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, Xətai rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətlərini davam etdirəcəklər.

Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Xətai Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş dəyərləndirərək, təşkilatın gələcəkdə öz işlərini daha aktiv şəkildə davam etdirəcəyinə əmin olduğunu bildirib vəağsaqqallara möhkəm cansağlığı, uzun ömür arzulayıb.

NAMİQ

Seçilən
2
6
baki-xeber.com

10Mənbələr