ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Goranboyda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin və respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyevin də iştirak etdiyi yığıncaqda rayon Ağsaqqallar Şurası hesabat verib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra rayon icra hakimiyyətinin inzibati binasının akt zalında davam etdirilən tədbirdə çıxışlar olub. Natiqlər cəmiyyətimizin həssas təbəqəsinin hər bir nümayəndəsi kimi, həyatını ölkəmizin tərəqqisinə həsr edən ağsaqqallarımızın da Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıriblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara göstərilən diqqət və dövlət qayğısı bariz şəkildə özünü göstərir.
Yığıncaqda rayon Ağsaqqallar Şurasının hesabat məruzəsi dinlənilib və Şuranın ötən dövr ərzindəki fəaliyyəti yüksək qiymətləndirilib.
Hamlet Qasımov XQ-nin bölgə müxbiri Goranboy
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.