AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizədək artıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayına dair ilkin göstəricilərinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1 faiz artaraq 564,7 milyon dollara bərabər olub.

İcmala əsasən, cari ilin altı ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon dollar və ya 54,4 faiz, kimya sənayesi məhsulları 48,7 milyon dollar və ya 38,7 faiz, meyvə-tərəvəz 81,2 milyon dollar və ya 24,3 faiz, pambıq iplik 1,8 milyon dollar və ya 16,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon dollar və ya 12,5 faiz, çay 62,5 min dollar və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min dollar və ya 0,7 faiz artıb.

Hesabat dövründə aqrar məhsulların ixracı 21,9 faiz artaraq 455,2 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 7,7 faiz artaraq 145 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz artaraq 600,3 milyon dollar təşkil edib.

Seçilən
21
10
azerbaijan-news.az

10Mənbələr