AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın iyul sayında açıqlanan ilkin rəqəmlərdə deyilir.

Bu ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1 % artaraq 564,7 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin altı ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4 %, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7 %, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3 %, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6 %, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5 %, çay 62,5 min ABŞ dolları və ya 2 %, alüminium və ondan hazırlanan
məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7 % artıb.

Bu ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı 21,9 % artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 7,7 % artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 % artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.

Seçilən
17
10
ikisahil.az

10Mənbələr