AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-ə yaxınartıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Redaktor.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin altı ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4%, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5 min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan
məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7% artıb.

2025-ci ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı 21.9% artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.

Seçilən
24
10
redaktor.az

10Mənbələr