AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-ə yaxın artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artaraq1,8 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trendİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)“İxrac icmalı”nın iyul sayının ilkin rəqəmlərinə istinadən xəbərverir.

Məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında yeyintiməhsullarının ixracı 19,1% artaraq 564.7 milyon ABŞ dollarınabərabər olub.

Cari ilin altı ayında ixrac olunan şəkər ötən ilin müvafiqdövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4%, kimya sənayesiməhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7%, meyvə-tərəvəz 81,2milyon ABŞ dolları və ya 24,3%, pambıq iplik 1,8 milyon ABŞ dollarıvə ya 16,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1milyon ABŞ dolları və ya 12,5%, çay 62,5 min ABŞ dolları və ya 2%,alüminium və ondan hazırlanan
məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7% artıb.

2025-ci ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı21.9% artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarınınixracı 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub.Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2%artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.

Seçilən
14
10
az.trend.az

10Mənbələr