AZ

Latviya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 7 dəfədən çox artırıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Latviyanın Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 10,426 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 9 milyon ABŞ dolları və ya 7,3 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Latviyadan yatırılan investisiyaların payı 0,7% təşkiledib.

Xatırladaq ki, 2024-cü ilin ilk rübündə Latviyadan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 1,418 milyon ABŞ dollarınabərabər olub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Məqalədə:
Seçilən
0
8
az.trend.az

9Mənbələr