AZ

Azərbaycan Çin iqtisadiyyatına investisiya qoyuluşunu 61 dəfəyə yaxın artırıb

Bakı. Trend:

Bu ilin birinci rübündə İspaniyanın Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 7,437 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 4,204 milyon ABŞ dolları və ya 2,3 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Çindən yatırılan investisiyaların payı 0,5% təşkiledib.

Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Çiniqtisadiyyatına 5,280 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,193 milyonABŞ dolları və ya 60,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə həyatakeçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,7% təşkiledib.

Xatırladaq ki, 2024-cü ildə İspaniyadan Azərbaycana birbaşaxarici investisiyaların həcmi 3,233 milyon ABŞ dolları,Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə87 min ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Məqalədə:
Seçilən
1
4
az.trend.az

6Mənbələr