AZ

Finlandiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 31 dəfəyə yaxın artırıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Finlandiyanın Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 19,348 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 18,7 milyon ABŞ dolları və ya 30,9 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Finlandiyadan yatırılan investisiyaların payı 1,3% təşkiledib.

Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Finlandiyaiqtisadiyyatına 5,565 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,7 milyonABŞ dolları və ya 6,4 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyayahəyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,8%təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin ilk rübündə FinlandiyadanAzərbaycana birbaşa xarici investisiyaların həcmi 627 min ABŞdolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyalarınhəcmi isə 867 min ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Məqalədə:
Seçilən
13
6
az.trend.az

7Mənbələr