Bakı. Trend:
Bu ilin birinci rübündə Niderlandın Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 22,262 milyonABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 15,357 milyon ABŞ dolları və ya 3,2 dəfə artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Niderlanddan yatırılan investisiyaların payı 1,5% təşkiledib.
Xatırladaq ki, 2024-cü ilin ilk rübündə Niderlanddan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 6,905 milyon ABŞ dollarınabərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.