AZ

"Nyukasl" ingilis futbolçu ilə danışıqlara başladı

İngiltərənin “Nyukasl Yunayted” klubu təcrübəli hücumçu Dominik Kalvert-Lyuini heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az-ın “TBR Football”a istinadən yaydığı xəbərə görə,“sağsağanlar” artıq 28 yaşlı futbolçunun nümayəndələri ilə ilkin təmas qurub.

Təcrübəli hücumçu ilə eyni zamanda “Mançester Yunayted”, eləcə də Səudiyyə Ərəbistanı və MLS klubları maraqlanır. Kalvert-Lyuin ötən mövsüm 26 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda Kalvert-Lüin azad agent statusuna malikdir. O, son 9 ili “Everton”da keçirib və klubla yollarını bu yay ayırıb.

Transfermarkt portalı futbolçunun bazar dəyərini 16 milyon avro olaraq göstərir.

Seçilən
4
19
90deqiqe.az

10Mənbələr