“Liverpul” bu yay transfer pəncərəsində “Leypsiq”in mərkəz müdafiəçisi Kastello Lükeba ilə müqavilə imzalamaq üzərində işləyir.
90deqiqe.Az-ın “Caught Offside”yə istinadən yaydığı xəbərə görə, 22 yaşlı futbolçunun müqaviləsində 90 milyon avroluq sərbəst qalma maddəsi olsa da, mənbə qeyd edir ki, alman klubu onu daha aşağı məbləğə buraxmağa hazırdır.
“Liverpul”un fransız üçün 50–55 milyon avro aralığında rəsmi təklif hazırladığı bildirilir. Müdafiəçi özü də bu yay komandadan ayrılmağa müsbət yanaşır.
Geridə qalan mövsümdə Kastello Lükeba bütün turnirlər üzrə 31 oyunda iştirak edib. Onun “Leypsiq”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.