“Liverpul”un hücumçusu Diogu Jota karyerasını İngiltərənin digər klubu “Nyukasl”da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, “sağsağanlar” portuqaliyalı futbolçunun transferi üçün “Liverpul”a 50 milyon avroluq təklif göndərməyə hazırlaşır.
“Nyukasl”ın bu transferdə əsas məqsədi qarşıdakı Çempionlar Liqası mövsümündə daha rəqabətqabiliyyətli heyət formalaşdırmaqdır.
28 yaşlı Diogu Jota 2024/2025 mövsümündə bütün turnirlərdə 37 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.