AZ

“Liverpul” və “Bavariya” Fransa millisinin müdafiəçisini istəyir

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Liverpul” və “Bavariya” Fransa millisinin müdafiəçisi Kastello Lukeba fəal maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, “Leyptsiq”də çıxış edən oyunçunun müqaviləsində 90 milyon avroluq satınalma maddəsi nəzərdə tutulub. Almaniya klubu oyunçunu bu məbləğdən aşağı satmaq istəmir.

Lukeba iki il əvvəl 30 milyon avroya “Lion”dan “Leyptsiq”ə keçib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi qüvvədədir.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 40 milyon avrodur. Ötən mövsüm o, klubda bütün yarışlarda 31 matçda iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
17
idmanxeber.az

10Mənbələr