AZ

İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir

İsrail prezidenti İsxak Hersoq Qəzza zolağında girovların azad edilməsi üçün razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib və bunun üçün çətin qərarların tələb oluna biləcəyi barədə xəbərdarlıq edib.
 
"Report"un "Jerusalem Post"a istinadən məlumatına görə, Hersoq bu açıqlamaları baş nazir Binyamin Netanyahunun ABŞ-a səfəri ərəfəsində verib.
 
"İsrail baş nazirinin Vaşinqtona səfəri girov götürülmüş qardaş və bacılarımızın azad edilməsi üçün razılaşmaya nail olmaq üçün irəliləyişə yönəlmiş vacib bir missiyadır. Bu vəzifəni yerinə yetirmək bizim ən yüksək mənəvi borcumuzdur", - bəyanatda deyilir.
 
İsrail prezidenti "çətin və ağrılı qərarların qəbul edilməsi lazım olan hallarda belə, bu cür səylərə tam dəstək" ifadə edib.
 
Qeyd edək ki, İsrail baş nazirinin ABŞ prezidenti Donald Trampla danışıqları bazar ertəsi günü planlaşdırılıb.
Seçilən
24
50
moderator.az

10Mənbələr