ABŞ-da keçirilən klublararası dünya çempionatına azarkeş marağının az olmasına görə biletlər ucuzlaşıb.

Offsideplus.az xəbər verir ki, iyulun 8-də "Fluminense" və "Çelsi" arasında yarımfinal matçına biletlərin qiyməti 13,4 ABŞ dollarına enib.

Halbuki təşkilatçılar biletləri satışa əvvəlcə 473 dollara çıxarmışdılar. 

Maraqlıdır ki, yarımfinala 1 bilet stadionda satılan təxminən yarım litrlik pivə dəyərindədir. Daha doğrusu, stadionda 1 pinta (470 qram) pivə 14 dollara satılır.

"Fluminense" - "Çelsi" oyununa daha öncə bilet alanlar artıq narazılığa başlayıblar. Onlar ya qiymət arasındakı fərqə görə pulun geri qaytarılmasını, ya da digər yarımfinal və ya final görüşünə endirim tələb edirlər.