"Çelsi"nin vingeri Pedro Neto Dioqo Jotanın faciəli şəkildə ölməsi səbəbilə klublararası dünya çempionatının 1/4 final mərhələsində "Palmeyras"a qarşı oyunda iştirak etməyə bilər.
Publika.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Entso Mareska məlumat verib.
"Pedro sadəcə kədərlənməyib, vəziyyəti daha ağırdır. Hazırda onu dəstəkləməyə çalışırıq. "Palmeyras"la oyunda iştirak edib-etməmək tamamilə onun qərarıdır. O, necə qərar versə, elə də olacaq.
Bu çox kədərli gündür, söz tapmaq çətindir. Belə vəziyyətlərdə insanın yaşadığı ən pis hiss köməksizlikdir. Mən yalnız Dioqo Jotanın ailəsinə sevgimi və dəstəyimi bildirə bilərəm".