Serbiya millisinin və "Mançester Yunayted"in keçmiş müdafiəçisi Nemanya Vidiç karyerasındakı ən çətin rəqib kimi argentinalı hücumçu Lionel Messini göstərib.
90deqiqe.Az xəbər verir ki, "The Overlap" YouTube kanalına verdiyi müsahibədə Vidiç Messini ən çətin opponent adlandırıb.
Futbolçu karyerası ərzində Belqradın "Çervenə Zvezda", Moskva "Spartak", "Mançester Yunayted" və Milanın "İnter" klublarında çıxış edib. Serbiya millisində 36 oyun keçirən Vidiç bir dəfə fərqlənib. O, həmçinin Serbiya və İngiltərə çempionu olub.