AZ

Azərbaycan ABŞ-yə başsağlığı verib

Azərbaycan ABŞ-nin Texas ştatında baş verən güclü daşqınlar nəticəsində çoxsaylı insanın həyatını itirməsi və yaralanması ilə bağlı başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə XİN açıqlama yayıb.

Rəsmi açıqlamada daşqınların yaratdığı fəlakət dərin kədər hissi ilə qarşılanıb. Azərbaycan tərəfi ABŞ hökumətinə və zərərçəkən bütün insanlara səmimi başsağlığı verir, çətinliklə üzləşən ailələrin yanında olduğunu bildirir.

"Ümid edirik ki, Texas ştatı və ABŞ bu ağır sınaqdan tezliklə çıxacaq və bərpa prosesini uğurla başa vuracaq", – açıqlamada qeyd olunub.

Seçilən
17
50
operativmedia.az

10Mənbələr