AZ

Zelenski Rusiyaya "xüsusi" sanksiyalar tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketinin imzalandığını açıqlayıb.

Operativ Media xəbər verir ki, onun sözlərinə görə, bu paket "xüsusi" olmaqla əvvəlkilərdən fərqlənir. 

"Bunlar Rusiyanın bir çox maliyyə sxemlərini, xüsusən kriptovalyutanı vuran xüsusi sanksiyalardır. Ukrayna Milli Bankının tələbi ilə sanksiyalar tətbiq olunub. Bu sanksiyalar paketi Ukraynanın tərəfdaşları ilə sinxronlaşdırılıb", - deyə Zelenski bildirib. 

Zelenskinin sözlərinə görə, artıq bu sanksiya siyahısında olan yalnız bir şirkət vasitəsilə Rusiya əsasən hərbi ehtiyaclar, sənaye üçün milyardlarla dollar köçürə bilib.

"Əlbəttə, biz bütün sxemləri dayandıracağıq. İndi bir çox yerdə Rusiya üçün adi maliyyə marşrutları bağlandıqda, kriptovalyuta ödənişlərinə keçirlər", - Zelenski vurğulayıb.

Seçilən
34
50
operativmedia.az

10Mənbələr