AZ

BRİKS-in növbəti sammiti 2026-ci ildə Hindistanda keçirliəcək

Bu gün Braziliyada BRİKS ölkələri liderlərinin sammiti başa çatıb.

Operativ Media xəbər verir ki, sammitin yekun bəyannaməsində liderlər Ukraynadakı vəziyyətlə bağlı mövqelərini bildiriblər.

Onlar münaqişənin nizamlanması üçün indiki səylərin sülh yolu ilə razılığa gətirib çıxaracağına ümid etdiklərini vurğulayıblar.

Sənəddə qeyd olunub ki, liderlər bu məsələdə vasitəçiliklə bağlı hazırkı təklifləri yüksək qiymətləndirirlər.

Yekun bəyannamədə eyni zamanda son günlər Ukrayna Silahlı Qüvvələrinin Kursk, Bryansk və Voronej vilayətlərində dəmir yollarına və körpülərə edilən hücumları və İrana hərbi zərbələrin endirilməsini pisləyiblər.

BRİKS-in növbəti sammiti 2026-ci ildə Hindistanda keçirləcək.

Qeyd edək ki, BRİKS ölkələrinə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.

Seçilən
22
50
operativmedia.az

10Mənbələr