AZ

Binəqədi qəsəbəsində sexdə yanğın baş verib – FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.


Məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Seçilən
20
50
ekologiya.az

10Mənbələr