“Çin Tayvan adasına hücum edərsə, Rusiyanın NATO ərazisinə müdaxiləsi mümkündür”. Bunu NATO-nun Baş katibi Mark Rutte “Nyu York Tayms” qəzetinə verdiyi müsahibədə deyib.Sitat: “Çin lideri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinə zəng edəcək və ondan xahiş edəcək ki, ölkəsinin Tayvana hücumu zamanı Rusiya NATO ərazisinə müdaxilə etsin. Bu, Pekinə beynəlxalq aləmin diqqətini Tayvana hücumdan yayındırmaq üçün lazım olacaq. Belə ehtimalın qarşısını almaq üçün Şimali Atlantika Bloku Hind-Sakit okean bölgəsində fəallığını artırılmalıdır”.Mark Rutte Rusiyanın hücum edə biləcəyi NATO ölkəsinin adını da çəkib. Onun fikrincə, bu, Estoniya olacaq.NATO baş katibinin səsləndirdiyi ehtimalın reallaşması mümkündürmü?Bununla bağlı politoloq Elxan Şahinoğlu paylaşım edib.O bildirib ki, Çin Tayvanı ələ keçirmək istəyərkən, ABŞ və Avropanın mümkün diqqətinin öz üzərindən yayındırılmasına çalışacaq:“Bu məsələnin həllində Pekinin köməyinə Kreml çata bilər. Bu baxımdan NATO baş katibinin ehitmalı bu amilə əsaslanır. Rusiya Prezidenti Vladimir Putin müsahibələrində ölkəsinin heç bir NATO ölkəsinə hücum etməyəcəyini bir neçə dəfə bildirib. Ancaq Kreml sahibinə inanmaq olarmı? Putin 2000-ci illərin başında deyirdi ki, Rusiyanın Krımı Ukraynadan qoparmaq fikri yoxdur, 2014-cü ildə bunun tərsi baş verdi”.Politoloq qeyd edib ki, Putinin dostu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Mark Ruttenin açıqlamasına cavab verib:“Həmişəki kimi aqressiv açıqlama verən Medvedev NATO baş katibini bu sözlərlə hədələyib: “Mark Rutte rus dilini öyrənsin. Bu ona Sibir düşərgəsində lazım olacaq”. Bu sözləri tələffüz edən şəxs və onun dostu Çinin gələcək xahişini yerə salmaz”./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta