Bakı. Trend:
Bu gün səhər saatlarında İranın qərbində yerləşən Lorestanvilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 2 üzvüölüb
Trend-inməlumatına görə, bu barədə SEPAH-ın Lorestan vilayəti üzrəqərargahının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, SEPAH üzvləri İsrailin İrana 12 günlük hərbi havahücumları vaxtında Lorestan vilayətinin Xorrəmabad rayonundapartlamamış partlayıcı maddələrin partlaması nəticəsindəölüblər.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb. Elə həmin günün axşamı, İran “Doğru Vəd III”əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çoxyerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb,bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.