Bakı. Trend:
İran ötən günlərdə davam edən müharibədə ABŞ-yə qalib gəlib.
Trend-inməlumatına görə, bu, İranın Ali Lideri Ayətulla Seyid Əli Xameneiİran xalqına müraciətində bildirib.
Onun sözlərinə görə, ABŞ İsrailin tam məhv olacağını anladığıüçün İrana hücum edib və qarşılıqlı olaraq İrandan cavab alıb.
Xamenei əlavə edib ki, İrana qarşı hücumlar nəticəsində təxminən90 milyon İran vətəndaşı vahid səslə, çiyin-çiyinə bir-birininyanında dayanıb, İran Silahlı Qüvvələrinin addımınıdəstəkləyib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.