AZ

Tehranın “Evin” həbsxanasına hücumda 79 nəfər ölüb

Bakı. Trend:

İsrailin İrana hücumları fonunda Tehranın “Evin” həbsxanasınaavizərbələr nəticəsində 79 nəfər ölüb.

Trend-inməlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü ƏsğərCahangir bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölənlər məhbuslarla görüşə gələn ailələr,həbsxana məmurları və b. olub.

Cahangir deyib ki, aviazərbələr nəticəsində bir qrup şəxs dəyaralanıb.

Qeyd edək ki, 23 iyunda İsrail Tehranın “Evin” həbsxanasınaaviazərbələr endirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Seçilən
33
23
az.trend.az

10Mənbələr