Bakı. Trend:
Bu gün səhər saatlarında İranın paytaxtı Tehran şəhərinin“Enqelab” dairəsindən “Azadi” dairəsi istiqamətində İsrailin İranahərbi hava hücumları nəticəsində öldürülən yüksək rütbəli hərbikomandanlar və nüvə alimləri ilə vida mərasimi keçirilib.
Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.
Tehranda 60 hərbçi və nüvə alimi ilə vida mərasimi keçirilib.Vida mərasiminə İranın yüksək səviyyəli rəsmiləri, o cümlədən, İranprezidenti Məsud Pezeşkian qatılıb.
İsrailin İrana 12 günlük hərbi hava hücumları nəticəsində 31yüksək rütbəli hərbçi, 13 nüvə alimi öldürülüb. Eyni zamanda, 14nüvə fizikası üzrə tələbənin də öldürüldüyü bildirilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.