Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev NATO baş katibi Mark Ruttenin “The New York Times”a verdiyi müsahibəyə reaksiya verib.
Bizim.Media xəbər verir ki, Medvedev bununla bağlı özünün X hesabında paylaşım edib.
“Baş katib Rutte yəqin ki, hollandların sevdiyi halüsinogen göbələklərdən çox yeyib. Ona görə Çin və Rusiyanın Tayvanla bağlı sövdələşməsi və sonra Rusiyanın Avropaya hücumu kimi mənzərələr görür. Amma bir məsələdə haqlıdır: rus dilini öyrənməlidir. Sibirdəki düşərgədə işinə yaraya bilər”, - deyə Medvedev qeyd edib.
Xatırladaq ki, müsahibədə Rütte bildirib ki, əgər Si Cinpin Tayvana hücum etməyə qərar versə, əvvəlcə Vladimir Putinə zəng edib Rusiyanın NATO ərazisinə hücum etməklə Avropanı yayındırmasını istəyəcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta