EN

İsveçli futbolçu 2 Səudiyyə Ərəbistanı klubunu da rədd etdi - "Arsenal"ı istəyir

Viktor Dyokereş Səudiyyə Ərəbistanının iki klubunun təklifini rədd edib.

Sportal.az xəbər verir ki, "Record"un məlumatına görə, “Sportinq”in hücumçusu “Əl-Hilal” və “Əl-Qadisiya”nın təkliflərini qəbul etməyib. Bildirilir ki, isveçli futbolçu Səudiyyə Ərəbistanı çempionatına keçmək niyyətində deyil və üstünlüyü İngiltərə Premyer Liqası klublarına, xüsusilə “Arsenal”a verir.

Daha əvvəl Dyokereşin “topçular”la 2030-cu ilə qədər müqavilə barədə razılığa gəldiyi bildirilmişdi.

Geridə qalan mövsümdə Dyokereş Portuqaliya çempionatında 33 oyunda 39 qol vurub.

saytlarin hazirlanmasi

Chosen
6
38
sportal.az

10Sources