AZ

"Arsenal" isveçli hücumçu ilə razılıq əldə etdi

"Sportinq"in hücumçusu Viktor Qyokeres "Arsenal"la müqavilə imzalayıb .

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikolo Şira məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Daha əvvəl “Mançester Yunayted” də forvardla maraqlanmışdı, lakin futbolçu Çempionlar Liqasında oynamayacaq kluba keçməkdən imtina etmişdi.

Ötən mövsüm 27 yaşlı isveçli bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun "Sportinq"lə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir.

"Transfermarkt" portalı oyunçunun dəyərini 75 milyon avro qiymətləndirir.

Seçilən
17
49
operativmedia.az

10Mənbələr