AZ

Mareska: “Uğurlu axşam yaşadıq”

“Çelsi”nin baş məşqçisi Entso Mareska 2025-ci il FIFA Klub Dünya Kubokunun “Palmeyras”la 1/4 final oyununu (2:1) şərh edib.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, 45 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, elə, gözlədiyimiz kimi, mürəkkəb oyun idi. Bizə çoxlu güc-qüvvə gərək idi. Biz mövsümün sonunu, onlar isə əvvəlini yaşayırlar. Mən oyunçuları təbrik etmək istəyirəm, onlar çox yaxşı idilər. Biz qələbəyə şadıq – “Çelsi” üçün axşam mükəmməl alındı”, deyə Mareska fərəhlə vurğulayıb.

Əlavə edək ki, “zadəganlar”ın qələbəsinə “Palmeyras”ın 37 yaşlı braziliyalı qapıçısı Veverton “xidmət” göstərib – qapıçı 83-cü dəqiqədə topu qoruduğu qapıya göndərib.

Yarımfinala vəsiqə qazanmış “Çelsi” bu mərhələdə Braziliyanın digər nəhəngi “Fluminense” ilə qarşılaşacaq.

Seçilən
3
4
arena.az

10Mənbələr