BAKI, 29 iyun. TELEQRAF
İtaliyanın "Milan" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" hücumçu Luka Yoviçlə vidalaşıb.
Milan təmsilçisi 28 yaşlı serbiyalı ilə başa çatan müqaviləni yeniləməyib.
Yoviç 2023-cü ildən “Milan”ın şərəfini qoruyurdu. O, komanda ilə meydana çıxdığı 47 oyunda 17 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, “Milan” daha əvvəl klubda icarə əsasında çıxış edən Kayl Uoker (“Mançester Siti”, İngiltərə), Tommi Abraham (“Roma”, İtaliya), Joau Feliks (“Çelsi”, İngiltərə) və Rikkardo Sottillə (“Fiorentina”, İtaliya) yollarını ayırıb.