AZ

“Milan” Temmi Abraham ilə yollarını ayırdı

İtaliya nəhəngi “Milan” klubu hücumçu Temmi Abraham ilə yollarını rəsmən ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun “X” sosial şəbəkəsində (əvvəlki Twitter) yayımlanan açıqlamada məlumat verilib.

İngilis hücumçu 2024-cü ilin yayında "Roma"dan "Milan"a icarəyə verilib. Bu müddət ərzində o, bütün turnirlərdə 45 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə verib. Transfermarkt portalında verilən məlumata görə, 27 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Seçilən
55
10
90deqiqe.az

10Mənbələr