AZ

Mask ABŞ Partiyası qurmaq istəyir

Sfera.az saytına istinadən ain.az xəbər verir.

Amerikalı milyarder və “Tesla” ilə “SpaceX” şirkətlərinin sahibi İlon Mask ABŞ-də yeni siyasi partiya yaratmaq fikrini yenidən gündəmə gətirib. O, sahibi olduğu “X” sosial media platformasında “Amerika Partiyasını qurmalıyıqmı?” sualı ilə sorğu keçirib.

Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ-nin Müstəqillik Günü münasibətilə paylaşım edən Mask, bu günü iki partiyalı – bəzilərinin sözləri ilə desək, “faktiki bir partiyalı” siyasi sistemdən azad olmaq istəyinin ifadəsi üçün ideal zaman adlandırıb. Maskın sorğusunda indiyədək 240 minə yaxın istifadəçi iştirak edib.

Onların 62 faizi “bəli”, 38 faizi isə “xeyr” cavabı verib. Milyarder iş adamı daha əvvəl, iyunun əvvəlində də “Amerika Partiyası” ideyasını gündəmə gətirmişdi. O zaman keçirdiyi anketin nəticələrinə istinad edən Mask demişdi:

“İnsanlar danışdı. ABŞ-də ortada qalan 80 faizi təmsil edəcək yeni bir siyasi partiyaya ehtiyac var. Bu, bir taledir”. İlon Maskın bu açıqlamaları ABŞ-də ciddi siyasi müzakirələrə səbəb olub. Xüsusilə də, prezident Donald Trampla arasının vergi islahatlarına görə soyuması, Maskın yeni partiya planlarını daha da aktuallaşdırıb. Tramp isə Maskın açıqlamalarının onu dərin şəkildə məyus etdiyini bildirib.

Bəsti Rəfizadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
50
sfera.az

10Mənbələr