AZ

MS qrup mərhələsində hamıdan çox qazanıb

Klublararası dünya çempionatında mübarizə həlledici mərhələyə qədəm qoyub.

"Football-plus.az" xəbər verir ki, FİFA bu turnirə həm özünün pul qazanmaq imkanı kimi baxır, həm də iştirakçılara pul qazandırır. Özü də ciddi məbləğ! “The Athletic”in bununla bağlı yaydığı xəbərdən aydın olur ki, qrup mərhələsindən sonra “Mançester Siti” bütün iştirakçılardan çox qazanıb.

“Şəhərlilər”in üç oyunun hamısında qalib gəldiyini nəzərə alsaq, fərq anlaşılandı.

Ən çox qazananların “10-luğ”u (milyon dollar ilə): 1. Mançester Siti - 51,7, 2. Real – 48,4, 3. Bavariya – 45,1, 4. PSJ – 42,8, 5. Çelsi – 40,5, 6. Borussiya (D) – 39,2, 7. İnter – 36,8, 8. Benfika – 29,9, 9. Flamenqo – 27,7, 10. Botafoqo, Fluminense, Palmeyras – 26,7.

“Yuventus” 26,6, “Atletiko” 23,7, Messinin “İnter Mayami”si isə 21,1 milyon dollar qazanıb.

Seçilən
9
8
football-plus.az

10Mənbələr