AZ

FIFA Klub Dünya Kuboku: “Çelsi” və “Fluminense”yarımfinalda

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gecə 1/4 final mərhələsinə start verilib.

Əvvəlcə Braziliya təmsilçisi “Fluminense” Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə qarşılaşıb. Matç “Fluminense”nin qələbəsi ilə yekunlaşıb. Qalib komandanın qollarını Martinelli və Herkules vurublar. “Əl-Hilal”ın yeganə qoluna isə Markos Leonardo imza atıb.

Daha sonra “Çelsi” (İngiltərə) Braziliyanın “Palmeyras” komandası ilə üz-üzə gəlib. London təmsilçisi də yekunda 2:1 hesabıyla qalib gəlib gələrək növbəti mərhələyə yüksəlib. Entso Mareskanın yetirmələri yarımfinalda “Fluminense” ilə qarşılaşacaqlar.

Dünya çempionatı iyulun 13-dək davam edəcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

Bu gecə PSJ (Fransa) – “Bayern” (Almaniya) və “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) görüşləri baş tutacaq.

FIFA Klub Dünya Kuboku
1/4 final

Fluminense (Braziliya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 2:1
Qollar: Martinelli, 40. Herkules, 70 – Markos Leonardo, 51.

Palmeyras (Braziliya) – Çelsi (İngiltərə) 1:2
Qollar: Estevan, 53 – Koul Palmer, 16. Veverton, 83-öz qapısına.

Seçilən
22
15
arena.az

10Mənbələr