AZ

Növbəti yarımfinalçılar müəyyənləşir - rəqibləri ilə son 4 görüşdə "Bavariya" və "Real"ın üstünlüyü var

2025-ci il FIFA klubların dünya çempionatında növbəti yarımfinalçılar bəlli olacaq.

İdman.biz xəbər verir ki, bu gün 1/4 final mərhələsi çərçivəsində PSJ və "Bavariya" komandaları üz-üzə gələcəklər.

Atlantada "Mercedes-Benz Stadium"da keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Rəqiblərin 2024-cü ilin noyabrında UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən görüşü "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ümumiyyətlə, Münhen təmsilçisi son 4 matçda PSJ-yə qalib gəlib.

Sonuncu yarımfinalçı isə "Real Madrid" - "Borussiya Dortmund" qarşılaşmasında bəlli olacaq. İst-Raterfordda "MetLife Stadium"da keçiriləcək 1/4 final oyunu iyulun 6-a keçən gecə saat 00:00 başlayacaq.

Bu komandaların son 4 görüşündə də "Real" qalib gəlib, o cümlədən 2024-cü ildə UEFA Çempionlar Liqasının finalında (2:0) və növbəti mövsüm turnirin liqa mərhələsində (5:2).

Qeyd edək ki, daha əvvəl yarımfinala çıxan "Fluminense" və "Çelsi" iyulun 8-də Bakı vaxtilə saat 23:00-da başlayacaq oyunda ilk finalçını müəyyənləşdirəcəklər.

İdman.biz

Seçilən
10
50
idman.biz

10Mənbələr