"Fənərbağça" klubu Lukas Vaskes barədə qərarını verib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" ispaniyalı futbolçunu transfer etməyəcək.

Bu barədə "TRT Spor" məlumat yayıb.

Qeyd edək ki, Vaskesin "Real Madrid"lə müqaviləsi başa çatıb. O, Klublararası Dünya Çempionatından sonra Madrid təmsilçisini tərk edəcək.

İspaniyalı futbolçu 10 ildir "kral klubu"nda çıxış edirdi. Təcrübəli futbolçu burada 400 oyuna çıxıb.