AZ

Aralıq dənizində 3,6 bal gücündə yeraltı təkanlar baş verib

BAKI, TurkicWorld

Aralıq dənizində Muğla sahillərində 3,6 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəetmə Agentliyi (AFAD) bu gün səhər saatlarında Aralıq dənizində zəlzələ baş verdiyini açıqlayıb.

Məlumata görə, zəlzələnin episentri Muğlanın Datça rayonunun sahilinə yaxın ərazidə yerləşib. Yeraltı təkanların 7 kilometr dərinlikdə və 3,6 bal gücündə olduğu bildirilib.

Qeyd edək ki, ilkin məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Regionda yeraltı təkanlar mütəmadi olaraq baş verdiyi üçün AFAD və digər əlaqədar qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Seçilən
6
15
turkic.world

10Mənbələr