"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, 2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq klub Azər Salahlını transfer edib. Futbolçu ilə bir illik müqavilə imzalanıb. 

Qeyd edək ki, A.Salahlının son klubu "Neftçi" olub. O, 2022-ci ildən "ağ-qaralar"ın formasını geyinirdi.