AZ

“İmişli”nin yay hazırlıq planı müəyyənləşib

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” klubunun yay hazırlıq planı müəyyənləşib.

İdman.biz AZƏRTAC-a istinadfən xəbər verir ki, komanda iyulun 7-də məşqlərə start verəcək.

Təlim-məşq toplanışı Bakıda baş tutacaq və avqustun 9-dək davam edəcək.

Komanda ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar artıq dəqiqləşib.

İdman.biz

Seçilən
7
50
idman.biz

10Mənbələr