"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, 2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq klub Azər Salahlını transfer edib. Futbolçu ilə bir illik müqavilə imzalanıb. 

"İmişli" klubu 31 yaşlı müdafiəçinin keçidini atmacalı video ilə ictimaiyyətə açıqlayıb. Videoda "Qaranlıq bitdi, ağ tərəf səni gözləyir", sözləri diqqət çəkib.

Qeyd edək ki, A.Salahlının son klubu "Neftçi" olub. O, 2022-ci ildən "ağ-qaralar"ın formasını geyinirdi.

View this post on Instagram

A post shared by İmişli PFK (@imishlipfk)